...

Türkiyə Dağlıq Qarabağ problemi həll olunmayınca Ermənistan ilə sərhədləri açmayacaq – Baş nazir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Aprel 2009 10:58 (UTC +04:00)
Türkiyə Dağlıq Qarabağ problemi həll olunmayınca Ermənistan ilə sərhədləri açmayacaq – Baş nazir

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, uzun müddətdir davam edən Dağlıq Qarabağ münaqişəsi nizamlanmayınca, ölkəsi qonşu Ermənistan ilə sərhədləri açmayacaq. Bu barədə RİA Novosti məlumat verib.

"Türkiyə ilə Ermənistan arasında əlaqələr (ikitərəfli münasibətlərin normallaşdırılması məsələsi üzrə) davam etdirilir", - deyə Ərdoğan İsveçrədə iki ölkə nümayəndələrinin iki il ərzində apardıqları qapalı danışıqları şərh edərkən bildirib. Türkiyə və Ermənistan hələ 1993-cü ildə kəsilən münasibətləri normallaşdırmağa çalışır.

Türkiyə prezidenti Abdulla Gül Ermənistan prezidenti Serj Sarkisyanın, ötən il sentyabrın 6-da dünya futbol üzrə Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistan-Türkiyə oyununu seyr etməyə dair Yerevana dəvətini qəbul edib. Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində ditplomatik səylər davam etdirilir.

1993-cü ildə Türkiyə-Ermənistan sərhədlərinin bağlanması və diplomatik münasibətlərin kəsilməsinə səbəb Ermənistanın beynəlxalq arenada "erməni soyqrımı" tanınması ilə bağlı apardığı antitürk kampaniyası, həmçinin Azərbaycan torpaqlarının 20 faizinin onun tərəfindən işğal edilməsi və onların Türkiyə qarşı Anadolu iləbağlı ərazi iddiaları irəli sürməsidir.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" törədib. Bu faktın dünya miqyasında tanınmasını istəyən ermənilər, dünya ölkələrində qondarma "soyıqrım" məsələsinin təbliğatını gücləndirərək bir sıra dövlətlərin parlamentariləri tərəfindən onun tanınmasına nail olublar. Apreldə "soyqırım"ın ildönümü ilə əlaqədar olaraq lobbinin dünya ölkələri parlamentlərində, xüsusilə də ABŞ Konqressində fəaliyyətini gücləndirəcəyi gözlənilir.

"Lakin bizim sərhədlərin açılması (Ermənistan ilə) Dağlıq Qarabağ məsələsi ilə əlaqəlidir. Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı məsələ öz həllini tapmayınca biz sərhədləri açmayacağıq", - bazar ertəsi yerli kütləvi informasiya vasitələri Türkiyə Baş nazirinin sözlərini sitat gətirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti