...

ABŞ Administrasiyasının Ermənistan-Azərbaycan münaqişəsinə diqqəti regiona davamlı sülh gətirə bilər – səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Aprel 2009 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir S.Ağayeva /

"ABŞ administrasiyasının Ermənistan-Azərbaycan münaqişəsinə diqqəti regiona davamlı sülh gətirə bilər", - ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi hesab edir.

"Dövlət katibi Klinton və Prezident Obamanın diqqəti bu prosesdədir, və biz inanırıq ki, həmin diqqət regiona daha davamlı sülh gətirə bilər", - Dersinin cümə axşamı Trend -a ABŞ-ın Azərbaycandakı səfirliyindən gələn şərhində deyilir.

ABŞ Qarabağ probleminin sülh yolu ilə həllinə yönəldilmiş səylərini fəallaşdırmaq niyyətindədir. Bu barədə Dövlət katibi Hillari Klinton, bir müddət əvvəl Konqresin nümayəndələr palatasında çıxış edərkən deyib. İTAR-TASS məlumat verib.

"Biz həmçinin, Azərbaycan Hökumətini əmin etdik ki, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla Ermənistan arasındakı digər məsələlərin həlli ilə bağlı səylərimizi gücləndirəcəyik", - o, bildirib. Amerika diplomatiyasının rəhbəri söz verib ki, ABŞ ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ üzrə işində fəal iştirak edəcək. Klinton həm də xatırladıb ki, "Dövlət Departamenti Birləşmiş Ştatlar tərəfindən göstərilən səylər çərçivəsində öz rəsmisini, son üç həftədə iki dəfə Azərbaycana göndərib".

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz, sülh danışıqları aparılır.

"Səfir ATƏT-in Minsk qrupunun səylərinin müsbət nəticə verəcəyinə nikbin yanaşdığını bildirib", - məlumatda deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti