...

Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə həll etməli olduğu çox məsələ var – Minsk qrupunun fransalı həmsədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 May 2009 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may / Trend , müxbir E.Tariverdiyeva /

"Praqada keçirilən sammitdən bir həftə sonra mənim regiona gəlməyim, Azərbaycan və Ermənistan prezidentləri ilə görüşməyim bizim danışıqlar masası üzərində həll edilməli bir çox məsələlərimizin olduğunu göstərir", - bu barədə jurnalistlərə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye bildirib.

Fasyenin sözlərinə görə, danışıqların hər bir raundunu ayrıca nəzərdən keçirmək lazım deyil. "Siz bir şəkilə baxırsınız və bu şəkil sizdə heç bir hərəkət təəssüratı yaratmır. Hərəkəti hiss etmək üçün filmə baxmaq lazımdır", - deyə fransalı həmsədr bildirib.

İyunda keçirilməli olan görüş Azərbaycan və Ermənistan prezidentləri arasında beşinci görüş olacaq. "İnsanlar tez-tez belə görüşürlərsə, deməli onların bir-birinə deməli olduğu sözləri var. Buna görə biz konstruktiv həllə ümid edirik", - deyə Fasye bildirib.

Fasyenin sözlərinə görə, Praqada keçirilən görüş bəzi müşahidəçilərin dediyi kimi uğursuz olmayıb. "Bu belə olsaydı, bir neçə gündən sonra danışıqları davam etdirmək üçün gəlməzdim. Ola bilsin ki, danışıqlarda ciddi bir sıçrayış yoxdur, lakin irəliləyiş var", - deyə Fasye bildirib.

Fasyenin sözlərinə görə, həmsədrlər prezidentlərlə birgə bəzi maddələri müəyyən ediblər. Bu maddələr üzrə razılaşma əldə olunarsa, tərəflər Madrid sənədinin növbəti maddələri üzərində işə başlaya bilər.

Onun sözlərinə görə, bu sənədin bəzi maddələri müzakirələr tələb edir, həmsədrlər də bu məsələ üzərində işi davam etdirirlər.

Fasyenin Türkiyəyə səfəri, onun sözlərinə görə, ATƏT-in Minsk qrupu çərçivəsində planlaşdırılmış səfər idi və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə birbaşa bağlı deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti