Azərbaycan, Bakı, 16 may / Trend , müxbir R.Hafizoğlu /
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brazya Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Polşada Ermənistanı tənqid etməsinin türk-erməni dialoqunun sonu olmadığını bildirib.
"Ərdoğanın belə bir bəyanat verməsi Türkiyə-Ermənistan danışıqlarının sona çatması deyil", - amerikalı həmsədr bildirib. Bu barədə Türkiyənin CİHAN informasiya agentliyi məlumat verib.
Trend -un arayışı: Dünən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistanı tənqid atəşinə tutaraq Ermənistanın hazırda çox pis vəziyyətdə olduğunu və Türkiyənin istəyərsə ölkədə olan 40 min ermənini geri qaytara biləcəyini bildirib. Ərdoğan onu da bildirib ki, Ermənistan sərhədinin açılması Dağlıq Qarabağ işğaldan azad edilmədən mümkün deyil.
Brazya onu da qeyd edib ki, Türkiyə-Ermənistan əlaqələri və Dağlıq Qarabağ probleminin həlli paralel olaraq aparılır.
Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]