...

Dağlıq Qarabağ problemi MDB müsəlmanlarının Məsləhət Şurasının əsas hədəfi olacaq - QMİ sədrinin müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyun 2009 13:46 (UTC +04:00)
Dağlıq Qarabağ problemi MDB müsəlmanlarının Məsləhət Şurasının əsas hədəfi olacaq - QMİ sədrinin müavini

Azərbaycan, Bakı, 22 iyun / Trend , müxbir Ü.İsmayılova /

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi MDB müsəlmanlarının Məsləhət Şurasının əsas hədəfi olacaq, bazar ertəsi jurnalistlərə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Hacı Sabir Həsənli bildirib.

"Dağlıq Qarabağ probleminin həlli qurumun gələcək fəaliyyətinin əsas prioritet mövzusu olacaq", - QMİ nümayəndəsi deyib.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin təklifi ilə ötən həftə "MDB müsəlmanları konfessiyalar və millətlərarası həmrəyliyin tərəfdarıdır" mövzusunda Moskvada keçirilən elmi-praktiki konfransda MDB müsəlmanlarının Məsləhət Şurası yaradılıb.

Konfrans Qafqaz müsəlmanlarının Ali Şurası, beynəlxalq islam missiyasının təşəbbüsü ilə keçirilib. Konfransda 8 MDB ölkəsindən 40 müsəlman din xadimi və Rusiyanın ənənəvi konfessiyalarının başçıları iştirak ediblər.

Həsənli deyib ki, qurum Dağlıq Qarabağ reallıqlarının çatdırılması üçün maarifləndirmə işi də aparacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti