...

Ermənistan SQ-nin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyul 2009 09:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul / Trend , A.Axundov/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 2-də saat 13.10-dan  13:30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.50-dən 22.55-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən, iyulun 3-də saat 01.10-dan 01.20-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti