Gürcüstan, Tbilisi, 07 sentyabr / Trend , müxbir N.Kirsxaliya /
Türkiyə-Ermənistan sərhədlərinin açılması Qafqazda sülhün möhkəmləndirilməsinə yönəldilib, bu gün Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ilə birgə brifinqdə Gürcüstanda səfərdə olan Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu bildirib.
"Bu yalnız Türkiyə-Ermənistan münasibətləri ilə bağlı məsələ deyil, həm də regional problemlərin həlli ilə bağlı məsələdir", - o qeyd edib.
Onun sözlərinə görə, Türkiyə Qafqazda mövcud olan "dondurulmuş münaqişələrin həll edilməsi və regionda sülhün bərqərar edilməsini" istəyir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]