Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir Ü.Sadıxova /
Misir Azərbaycan ərazilərinin işğal ediləməsi faktını təsdiq etmir və Dağlıq Qarabağ münaqişəsi üzrə BMT qətnaməsinin yerinə yetirilməməsindən narazıdır, İsgəndəriyyə Kitabxanasının rəhbəri İsmayıl Səragəldin deyib.
"Parlamentin (Misir) üzvü kimi deyə bilərəm, akademik kimi bizim vəzifəmiz həqiqəti gələcək nəslə və ictimaiyyətə çatdırmaqdır", - çərşənbə axşamı Azərbaycan Elmlər Akademiyasının (AEA) Tarix İnstitutunun fəxri doktoru adına layiq görülmüş Səragəldin deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
Səragəldinin sözlərinə görə, Tarix İnstitutu həqiqətlərin açılmasında və ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır.
"Bunu etməklə əminəm ki, Şərqlə Qərb arasında körpü yarada bilərik. Elm həmişə ideologiya üzərində qələbə qazanacaq", - o deyib.
İsgəndəriyyə Kitabxanasının rəhbəri qərb və Asiya ölkələri universitetlərinin fəxri doktorudur. Misir Parlamentinin senatoru olan Səragəldin 1990-cı ildə Dünya Bankının birinci vitse-prezidenti olub. 60-dan çox kitabın, 200 elmi məqalənin müəllifi, Fransanın fəxri legion ordeninin sahibi və yeddi elmi-araşdırma mərkəzinin rəhbəridir.
İsgəndəriyyə Kitabxanası ilə AEA Tarix İnstitutu arasında alim, eləcə də gənc mütəxəssislərin mübadiləsini nəzərdə tutan əməkdaşlıq barədə saziş imzalanıb.
"Əməkdaşlıq barədə memorandum ölkələr arasında əlaqələrin dərinləşməsinə, Azərbaycan və Misir mütəxəssisləri arasında elmi əlaqələrin daha da möhkəmlənməsinə kömək edəcək", - Səragəldin deyib.