...

Dağlıq Qaabağ münaqişəsinin nizamlanması prosesində müsbət dinamika var - Ermənistanın xarici işlər naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Oktyabr 2009 12:21 (UTC +04:00)
Dağlıq Qaabağ münaqişəsinin nizamlanması prosesində müsbət dinamika var, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan belə hesab edir.
Dağlıq Qaabağ münaqişəsinin nizamlanması prosesində müsbət dinamika var - Ermənistanın xarici işlər naziri

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində müsbət dinamika var, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan belə hesab edir.

"Bu görüşün iki liderin yeddinci görüşü olduğunu nəzərə alsaq, demək dinamika var. Mən bu dinamikanı müsbət adlandırardım", - Nalbandyan Rusiyanın "Kommersant" nəşriyyatına müsahibəsində bildirib.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Kişinyovda MDB dövlətləri başçılarının sammiti çərçivəsində danışıqların növbəti raundunu keçiriblər.Oktyabrın 8-9-da həm ATƏT-in MQ ilə, həm də Rusiya Prezidenti Mixail Sakaşvilinin iştirakı ilə üçtərəfli görüş keçirilib.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın əvvəlki görüşü iyulun 17-18-də Moskvada baş tutub. Prezidentlərin əvvəlki danışıqları iyunun 4-də Sankt-Peterburqda baş tutub. Həmin görüş Qarabağ münaqişənin nizamlanması üzrə prezidentlər arasında yüksək səviyyədə keçirilən beşinci görüş olub. Ondan əvvəlki görüş mayın 7-də Praqada keçirilib. İlk danışıqlar ötən ilin iyun ayında Sankt-Peterburqda, ikinci görüş 2008-ci ilin noyabr ayının sonunda Moskvada, üçüncü görüş isə Sürixdə bu ilin yanvar ayının 28-də baş tutub.

Nalbandyanın sözlərinə əsasən, Azərbaycan və Ermənistan prezidentləri hazırda Madrad sənədinin prinsiplərini müzakirə edir və onların diqqəti əsas iki prinsipə yönəlib. "ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə tərəflər prinsiplər üzrə öz mövqelərini yaxınlaşdırmağa çalışırlar", - Ermənistan XİN rəhbəri belə hesab edir.

Onun sözlərinə əsasən, hazırda tərəflər diqqəti əsas məsələyə - Dağlıq Qarabağın statusu məsələsinə yönəldiblər.

Lazımi istiqamətdə inkişaf edən çətin proses gedir, Nabandyan belə hesab edir. Onun sözlərinə əsasən, tərəflər bütün prinsiplər üzrə razılğa gəldiyi təqdirdə, sülh razılaşmasına hazırlıq üzrə proses başlayacaq.

"Bu uzun, mürəkkəb prosesdir. Tərəflər bunu başa düşürlər və bu prosesin davam etməsi üçün həm mövqelər yaxınlaşanda, həm ziddiyyətlər yarananda öz bəyanatlarına ehtiyatla yanaşmalıdırlar, belə ki, irəliyə getmək və nəhayət razılığa gəlmək hər iki ölkənin marağındadır, bunlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək", - Nalbandyan bildirib.

Onun sözlərinə əsasən, prezidentlərin konkret prinsiplər haqda danışacağı barədə razılıq əldə olunub və həmin prinsiplər razılaşdırıldıqdan sonra digər məsələlərə keçiləcək.

"Bu ağıllı yanaşmadır və danışıq prosesinin bütün iştirakçıları buna anlayışla yanaşırlar. Prinsiplər razılaşdırılsa, dediyim kimi, biz sülh razılaşmasının hazırlığına başlayacağıq", - nazir bildirib.

Nalbandyanın fikrincə, son bir neçə ay ərzində Madrid prinsipləri əsasında danışıqlarda irəliləyiş olub. "Söhbət prosesin başlanmasından gedir və proses müsbət dinamika ilə gedir", - o belə hesab edir.

Nalbandyanın sözlərinə əsasən, bu prosesdə Azərbaycan və Erməsitan prezidenləri ilə bir sıra görüşlər keçirən Dmitri Medvedevin rolu da vacibdir. "Bütün bu görüşlər nəticə etibarı ilə səmərəli olub", - o belə hesab edir.

"Moskva prezidentlər səviyyəsində üçtərəfli formatda görüşlərin təşkil edilməsi nöqteyi-nəzərindən də vacib rol oynayır. Əgər Minsk Qrupunun həmsədr ölkələrindən biri kömək edirsə, niyə də olmasın? Bunu sadəcə alqışlamaq olar", - Nalbandyan bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti