...

Dondurulmuş münaqişələrin tez bir zamanda həll edilməsi hamının və Aİ-nın marağındadır - Sloveniyanın XİN-i

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Noyabr 2009 03:26 (UTC +04:00)
Fransa, Strasburq, 18 noyabr /Trend News, müxbir A.Məhərrəmli/ Dondurulmuş münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin, tez bir zamanda həll edilməsi hamının və Avropa ittifaqının marağındadır. Bu fikirləri Sloveniyanın Xarici İşlər naziri Samuel Zboqar çərşənbə günü qurumun Nazirlər Komitəsinə sədrliyin Sloveniyadan İsveçrəyə ötürülməsi mərasimindən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Dondurulmuş münaqişələrin tez bir zamanda həll edilməsi hamının və Aİ-nın marağındadır - Sloveniyanın XİN-i

Fransa, Strasburq, 18 noyabr / Trend , müxbir A.Məhərrəmli/ Dondurulmuş münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin, tez bir zamanda həll edilməsi hamının və Avropa ittifaqının marağındadır. Bu fikirləri Sloveniyanın Xarici İşlər naziri Samuel Zboqar çərşənbə günü qurumun Nazirlər Komitəsinə sədrliyin Sloveniyadan İsveçrəyə ötürülməsi mərasimindən sonra keçirilən birgə mətbuat konfransında deyib.
 
"Əvvəlcə deməliyəm ki, bütün dondurulmuş münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi, tez bir zamanda  öz həllini tapmalıdır.  Bu hamının və Avropa ittifaqının marağındadır. Biz bunu keçən il Gürcüstan-Rusiya müharibəsi zamanı gördük. Dondurulmuş münaqişə tez bir zamanda daha təhlükəli ola biləcək isti munaqişəyə çevrilə bilər. Buna görə biz bu münaqişələrinin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını tapmalıyıq. Aİ danişıqlar prosesinə daxil deyil. Bu məsələ ilə Minsk qrupu məşğuldur. Bununla yanaşı, münaqişənin həlli yollarını tapmaq ilk növbədə iki ölkənin - Ermənistan və Azərbaycanın  üzərinə düşür", - deyə o, qeyd edib.

"Aİ bu məsələdə nə edə bilər? Hesab edirəm ki, Aİ Minsk qrupu tərəfindən aparılan prosesi dəstəkləməlidir və dəstəkləyir. Aİ habelə iki ölkə arasındakı etimad mühitinin yaradılmasını sürətləndirmək üçün çox işlər görə bilər. Aİ həmçinin Cənubi Qafqazda regionlararası əməkdaşlığı təşviq etməyə töhfə verə bilər. Xüsusilə də, bu səbəbdən Aİ ilə Cənubi Qafqaz ölkələri və digərləri arasında  " Şərq tərəfdaşlığı" proqramı yaradıldı. "Şərq tərəfdaşlığı" bu ölkələr və Ai arasında daha sıx əməkdaşlığı mühitinin yaradılması məqsədini daşıyır. Biz sözügedən ölkələrdən islahatlar və inkişaf gözləyirik. Biz bu islahatlara və inkişafa, eləcə də ölkədə gedən irəliləyişlərə rəvac vermək istəyirik. Qeyd etdiyim bu dəyərli vasitələr eyni zamanda qeyri-dolayısı yolla Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım edə bilər", - Sloveniyanın Xarici İşlər naziri deyib.

Xəbər lenti

Xəbər lenti