...

Ermənistan silahlı qüvvələrinin atəşkəsin pozması nəticəsində Azərbaycan mülki şəxsi ölüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Noyabr 2009 21:57 (UTC +04:00)
Bu gün saat 19:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində atəşkəsin pozması nəticəsində bir mülki vətəndaş həyatını itirib.
Ermənistan silahlı qüvvələrinin atəşkəsin pozması nəticəsində Azərbaycan mülki şəxsi ölüb

Trend-i buradan izləyin

Azərbaycan, Bərdə, 22 noyabr / Trend , müxb. Ş.Cəliloğlu/

Bu gün saat 19:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində atəşkəsin pozması nəticəsində bir mülki vətəndaş həyatını itirib.

Trend -un bölgə müxbirinin verdiyi məlumata görə, Ermənistan ordusu Tərtər rayonunun işğal altında olan Talış kəndindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqeləri, o cümlədən Goranboy rayonunun Tapqaraqoyunlu kəndini 1 saata yaxın atəşə tutub.

Nəticədə snayper silahlardan atılan mərmi kəndin sakini Qəhrəmanov Sədayın boğaz nahiyəsinə dəyib. Yaralı rayon mərkəzi xəstəxanasına aparılıb, lakin yolda həyatını itirib.

Azərbaycan Müdafiə nazirliyi məsələ ilə bağlı heç bir məlumat yaymayıb.

Düşmən Azərbaycan Silahlı Qüvvələrinin atəşi ilə susdurulub. Hazırda cəbhə xəttində arabir olaraq atışmalar olur.

Xəbər lenti

Xəbər lenti