...

Türkiyə Azərbaycana verdiyi vədə əməl etməlidir - Türkiyənin müxalifət partiyasının sədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Dekabr 2009 09:04 (UTC +04:00)
Türkiyənin müxalif Böyük Birlik Partiyasının sədri hesab edir ki, Türkiyə Azərbaycana verdiyi vədə əməl etməli və bununla da Dağlıq Qarabağ problemi həll olunmadan Ermənistanla sərhədlərini açmamalıdır.
Türkiyə Azərbaycana verdiyi vədə əməl etməlidir - Türkiyənin müxalifət partiyasının sədri

Azərbaycan, Bakı, 02 dekabr / Trend , müxbir R.Hafizoğlu/

Türkiyənin müxalif Böyük Birlik Partiyasının sədri hesab edir ki, Türkiyə Azərbaycana verdiyi vədə əməl etməli və bununla da Dağlıq Qarabağ problemi həll olunmadan Ermənistanla sərhədlərini açmamalıdır.

"Türkiyə Azərbaycana verdiyi vədə əməl edərək, Dağlıq Qarabağ problemi həll olunmadan Ermənistanla sərhədlərini açmamalıdır", - çərşənbə günü Ankaradan partiya sədri Yalçın Topçu telefonla Trend -a bildirib.

Trend -un arayışı:
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan dekabrın 7-də ABŞ-a səfər edəcək. Səfər zamanı Ərdoğanın ABŞ Prezidenti Barak Obama ilə Dağlıq Qarabağ problemi, Türkiyə-Ermənistan protokollarını müzakirə edəcəyi gözlənilir.

Bu ilin oktyabrın 10-da Ankara-Yerevan protokolları İsveçrənin Sürix şəhərində Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu və Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan tərəfindən imzalanıb.

Avqust ayında Türkiyə XİN-dən bildirilib ki, Ermənistanla İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda "Diplomatik münasibətlərin qurulması haqqında Protokol" və "İkitərəfli münasibətlərin inkişafı üzrə Protokol"a dair "daxili siyasi məsləhətləşmələr"ə başlanması barədə razılaşma əldə olunub. Siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkə parlamentinə təqdim ediləcək. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir. "Türkiyə hazırda qonşu Ermənistanla sərhədlərin açılmasını planlaşdırmır", - Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparır.

Topçu onu da qeyd edib ki, əgər Ermənistan sülh istəyində ciddidirsə, bunu sübut etməlidir və işğal edilən Azərbaycan torpaqları qeyd-şərtsiz boşaldılmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti