Azərbaycan, Bakı, 30 dekabr / Trend , müxbir K.Zərbalıyeva/
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 29-da saat 14:15-dən 14:20-dək və 23:30-dan 23:40-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığındakı adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 15:35-dən 15:58-dək və dekabrın 30-da saat 01:20-dən 01:30-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iki istiqamətdə atəşkəs rejimini pozub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 29-da saat 14:15-dən 14:20-dək və 23:30-dan 23:40-dək Xocavənd rayonunun ərazisində Kuropatkino kəndi yaxınlığındakı adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.