...

Rusiya və Türkiyənin əməkdaşlığı uzunmüddətli pespektivdə olsa da, Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edəcək - ekspertlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Yanvar 2010 19:29 (UTC +04:00)
İki güclü regional oyunçu kimi Rusiya və Türkiyənin əməkdaşlğı uzunmüddətli perspektivdə olsa da, Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edəcək, ekspertlər belə hesab edir.
Rusiya və Türkiyənin əməkdaşlığı uzunmüddətli pespektivdə olsa da, Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edəcək - ekspertlər

Azərbaycan, Bakı, 14 Yanvar / Trend , müxbir E.Tariverdiyeva/

İki güclü regional oyunçu kimi Rusiya və Türkiyənin əməkdaşlğı uzunmüddətli perspektivdə olsa da, Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edəcək, ekspertlər belə hesab edir.

"Başa düşmək lazımdır ki, Rusiya, Türkiyə kimi güclü regional oyunçudur. Əgər, bu ölkələr razılaşıblarsa, bu, uzunmüddətli perspektivdə olsa belə, münaqişənin həllinə gətirir", - TÜRKSAM Türkiyə Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin direktoru Sinan Oqan hesab edir.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü rusiyalı həmkarı Vladimir Putinlə danışıqlarda Rusiyanı Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynamağa çağırıb. Məlumatı TRT yayıb.

Putin öz növbəsində, bu münaqişəyə hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Müşahidəçinin fikrincə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Ermənistana təzyiq göstərməyəcək, lakin vasitəçi qismində səy göstərməyə davam edəcək.

Lakin, Oqanın fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında Ankara və Moskvanın həmfikir olmasına baxmayaraq, Rusiya hazırda həmin məsələdə proqressə nail olmaq üçün, Ermənistana çətin ki, açıq-aşkar təzyiq etsin.

"İndi demək olar ki, Dağlıq Qarabağ probleminin nizamlnaması məsələsi Moskva və Ankara ilə danışılıb", Oqan Moskvadan telefonla Trend -a deyib.

Rusiya və Azərbaycan əlaqələrinin parlaq perspektivləri var və bu əlaqələrin inkişafı gələcəkdə regiondakı vəziyyətin yaxşılaşmasına yardım edəcək ki, bu da son nəticədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinin intensivləşdirliməsinə gətirəcək, RF Dövlət Dumasının deputatı, "Vahid Rusiya" fraksiyasının üzvü Sergey Markov hesab edir.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prossesində artıq müsbət məqamlar var. Bu tərəflərin intensiv danışıqları, vasitəçi dövlətlərin fəaliyyətidir, lakin bu müsbət hal deyil ki, danışıqlar kifayət qədər intensiv deyil", - Markov Moskvadan telefon vasitəsilə Trend -a deyib.

Azərbaycanlı politoloq Rasim Musabəyovun fikrincə, hazırda vacib olan Türkiyənin necə hərəkət etməsidir. "Əgər Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında proqressə nail olmayana qədər sərhədləri açmayacağını və Ermənistan ilə münasibətləri narmallaşdırmayacağını deyirsə, bu belə də olmalıdır", - Musabəyov Trend -a deyib.

Onun fikrincə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında dinamikaya nail olmaq üçün öz potensialından istifadə edə bilər.

"Bundan sonra Ermənistan-Türkiyə münasibətlərinin normal olub-olmaması, Ermənistan-Türkiyə əlaqələrinin məsələsidir", - politoloq deyib.

Lakin erməni ekspert Riçard Qiraqosyanın fikrincə, Türkiyə görünür ki, "Rusiyanın müttəfiqi" - Ermənistana təyziq göstərmək yolu kimi Moskva ilə sıx əməkdaşlıqdan istifadə etmək şansını əldən verməyəcək.

Ekspertin fikrincə, bu, Ermənistanın Rusiyanın regiondakı yeganə tərəfdaşı olması faktına baxmayaraq, Rusiya ona daha az diqqət göstərdiyi bir vaxtda tendensiyalarla səciyələndirilən Rusiya-Ermənistan əlaqələrinin reallığı ilə baqlıdır. Bundan əlavə, Rusiya tərəfi Ermənistan dostluğu və sədaqətinə həqiqi strateji tərəfdaşlığın ifadəsi kimi deyil, "lazımi" kimi nəzərdən keçirir.

"Rusiya-Azərbaycan əlaqələrinin yaxşılaşdırılması və genişləndirilməsi,ola bilsin, Rusiyanın regional məsələlərə dair, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə olan ənənəvi mövqeyində dəyişikliklərə gətirib çıxarsın", - Qriqosyan telefon vasitəsilə Trend -a deyib.

Materialın hazırlanmasında R.Hafizoğlu, M.Əliyev iştirak edib.

Xəbər lenti

Xəbər lenti