...

Azərbaycan Parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrin icra olunmadığı üçün BMT-yə müraciət göndərməlidir - deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Fevral 2010 13:47 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrin icra olunmadığı üçün BMT-yə müraciət göndərilməsini təklif edib.
Azərbaycan Parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrin icra olunmadığı üçün BMT-yə müraciət göndərməlidir -  deputat

Azərbaycan, Bakı, 1 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrin icra olunmadığı üçün BMT-yə müraciət göndərilməsini təklif edib.

"Ermənistanın işğal etdiyi ərazilərlə bağlı BMT Təlükəsizlık Şurasının qəbul etdiyi qətnamələr indiyə qədər yerinə yetirilmir. Bu səbəbdən parlamentin adından BMT-yə müraciət etməyə ehtiyac var", - Trend -un məlumatına görə, bazar ertəsi Milli Məclisin sessiyasında deputat Əli Məsimli bildirib.

BMT Təhlükəsizlik Şurası Azərbaycanın ərazilərinin işğalını pisləyən 4 qətnamə qəbul edib. Qətnamədə Ermənistan Silahlı Qüvvələrinin əraziləri dərhal boşaltması tələb edilib. Ermənistan bu günə qədər qətnamələrin tələblərini yerinə yetirməyib.

Məsimlinin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini icra etmək əvəzinə Azərbaycandan Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirilməsi tələb olunur.

"Bu tələb Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir", - millət vəkili əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti