Azərbaycan, Bakı, 12 fevral /
Trend
, müxbir K.Zərbalıyeva/
Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 14-də saat 23.45-dən 23.55-dək və fevralın 15-də saat 00.30-dan 00.45-dək Ağdam rayonunun Sarıcalı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.