...

ATƏT-in Minsk Qrupu öz rolunu aktivləşdirməlidir - Türkiyənin XİN-in rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Fevral 2010 15:55 (UTC +04:00)
ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı rolunun aktivləşdirilməsi məsələsi Qətərdə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və XİN-in rəhbəri Əhməd Davudoğlu ilə ABŞ-ın Dövlət Katibi Hillari Klintonun bazar günü keçirilən görüşünün müzakirə mövzularından biri olub. CNN Türk saytı diplomatik mənbələrə istinadən yazır.
ATƏT-in Minsk Qrupu öz rolunu aktivləşdirməlidir - Türkiyənin XİN-in rəhbəri

ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı rolunun aktivləşdirilməsi məsələsi Qətərdə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və XİN-in rəhbəri Əhməd Davudoğlu ilə ABŞ-ın Dövlət Katibi Hillari Klintonun bazar günü keçirilən görüşünün müzakirə mövzularından biri olub. CNN Türk saytı diplomatik mənbələrə istinadən yazır.

Əsas müzakirə mövzusu Tehran tərəfindən uranın 20%-dək zənginləşməsi məsələsi olan görüşdə Türkiyə tərəfi Qafqazdakı vəziyyətə də toxunub. Türkiyənin XİN-nin rəhbəri Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Mİnsk qrupunun rolunun aktivləşdirilməsinin zəruri olduğunu göstərib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Türkiyənin hökumət başçısı Ərdoğan Dohadakı görüşdə Türkiyə-Ermənistan barışığı məsələsinə də toxunub. Onun sözlərinə görə, Ermənistanın Konstitusiya Məhkəməsinin protokollara dəyişikliklər etməsi barəsindəki qərarı ikitərəfli əlaqələrin normallaşması prosesinə mənfi təsir edə bilər. Ərdoğan deyib ki,Türkiyə öz növbəsində ölkələr arasında diplomatik əlaqələrin qurulması üçün əlindən gələni edir.

2009-cu il oktyabr ayının 10-da Ermənistanın və Türkiyənin Xarici İşlər Nazirliyinin rəhbərləri Edvard Nalbandyan və Əhməd Davudoğlu 1993-cü ildən dayandırılmış diplomatik əlaqələrin qurulması haqqında protokol imzalayıblar.

Bu sənədlər imzalandıqdan sonra Türkiyənin Baş naziri Ərdoğan dəfələrlə bəyan edib ki, protokollarda belə bir bəndin olmamasına baxmayaraq, iki ölkənin əlaqələrinin gələcək inkişafı Dağlıq Qarabağ probleminin həlli ilə birbaşa əlaqəlidir.

Ermənistanın Konstitusiya Məhkəməsi tərəfindən yanvarın 12-də edilən dəyişikliklərə əsasən, imzalanan protokolların ratifikasiyası mümkündür. Lakin məhkəmə Osmanlı İmperiyasında 1915-ci il hadisələrinin araşdırılması üzrə birgə komissiyanın yaradılmasını yolverilməz adlandırıb.

Xəbər lenti

Xəbər lenti