...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2010 11:38 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Azərbaycan, Bakı, 23 fevral / Trend /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 22-də saat 11.30-dan 12.10-dək Tərtər rayonunun Yarımca kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 13.50-dən 14.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 16.15-dən 16.30-dək, 21.00-dan 21.10-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti