...

Tehranda "Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq perspektivləri" mövzusunda beynəlxalq seminar keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Mart 2010 18:11 (UTC +04:00)
Martın 7-də Tehranda "Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq perspektivləri" mövzusunda beynəlxalq seminar keçiriləcək. Seminarın məruzəçiləri və iştirakçıları regionun tanınmış ekspertləri və yüksəkvəzifəli siyasətçiləri olacaq.
Tehranda "Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq perspektivləri" mövzusunda beynəlxalq seminar keçiriləcək

Martın 7-də Tehranda "Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq perspektivləri" mövzusunda beynəlxalq seminar keçiriləcək. Seminarın məruzəçiləri və iştirakçıları regionun tanınmış ekspertləri və yüksəkvəzifəli siyasətçiləri olacaq. Bu barədə Tehran Universitetinin informasiya və ictimai əlaqələr şöbəsindən bildirilib.

Tehran Universitetində keçiriləcək seminarda universitetin rektoru Fərhad Rəhbər, xarici siyasət üzrə Ali Milli Təhlükəsizlik Şurası katibinin keçmiş müavini doktor Cavad Vahidi, Tehran Universitetində Mərkəzi Avrasiya layihəsinin direktoru doktor Elahe Kulayi, azərbaycanlı politoloq Zərdüşt Əlizadə, Gürcüstanın keçmiş elm naziri, Qafqaz, Sülh, Demokratiya və İnkişaf İnstitutunun direktoru doktor Giya Nodiya, Qafqaz araşdırmaları üzrə politoloq və ekspert Bəhram Əmir Əhmədiyan, Press TV telekanalının direktor müavini Həsən Behiştipur, Bakıdakı "Xəbərlər" beynəlxalq mətbuat mərkəzinin rəhbəri İlqar Vəlizadə, XİN yanında Orta Asiya və Qafqaz Araşdırmaları İnstitutunun direktoru Əlirza Kəsayi iştirak edəcəklər.

Rusiya, Ermənistan, Azərbaycan və Gürcüstandan ekspertlərin iştirak edəcəyi seminarda Dağlıq Qarabağ, Abxaziya və Osetiya münaqişələrinin həlli perspektivləri, enerjidaşıyıcılarının nəqli və Ermənistan-Türkiyə münasibətləri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti