...

Türkiyənin Minsk qrupunda təmsilçiliyinin gündəmə gəlməsi təqdirəlayiqdir - Azərbaycanın vitse-spikeri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Aprel 2010 13:48 (UTC +04:00)
Azərbaycan Parlamentinin vitse-spikeri hesab edir ki, ATƏT-ə üzv olan ölkələr içərisində üç həmsədr ölkə ilə yanaşı, Dağlıq Qarabağ probleminin həllinə töhfə vermək imkanında olan digər ölkələr də var.
Türkiyənin Minsk qrupunda təmsilçiliyinin gündəmə gəlməsi təqdirəlayiqdir - Azərbaycanın vitse-spikeri

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamentinin vitse-spikeri hesab edir ki, ATƏT-ə üzv olan ölkələr içərisində üç həmsədr ölkə ilə yanaşı, Dağlıq Qarabağ probleminin həllinə töhfə vermək imkanında olan digər ölkələr də var.

"Türkiyənin Minsk qrupunda təmsilçiliyinin gündəmə gəlməsi təqdirəlayiqdir. Dağlıq Qarabağ probleminin həllinə töhfə vermək imkanında olan ölkələrdən daha nəzərəçarpanı isə Türkiyədir və bu ölkə belə bir imkana malikdir", - Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Muradova deyib ki, Azərbaycan Türkiyənin bölgədə gedən proseslərdə iştirakını istəyir. "Türkiyənin həmsədr olması həm regionda, həm də Minsk qrupunun həmsədrliyində balans yarada bilər. Həmsədr dövlətlərin qısqanclığı olmasa, Türkiyə bu statusla prosesə töhfə verə bilər", - vitse-spiker bildirib.

Xəbər lenti

Xəbər lenti