...

Dağlıq Qarabağ münaqişəsi – Türkiyənin milli probleminin bir hissəsidir – Baş nazirin müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyun 2010 11:05 (UTC +04:00)
Kipr kimi Qarabağ problemi də Türkiyənin milli probleminin bir hissəsidir, - bu barədə çərşənbə axşamı Türkiyənin dövlət naziri Cəmil Çiçək deyib.
Dağlıq Qarabağ münaqişəsi – Türkiyənin milli probleminin bir hissəsidir
 – Baş nazirin müavini

Kipr kimi Qarabağ problemi də Türkiyənin milli probleminin bir hissəsidir, - bu barədə çərşənbə axşamı Türkiyənin dövlət naziri Cəmil Çiçək deyib.

"Çiçək bəyan edib ki, Türkiyə Azərbaycana dəstək göstərməyə davam edəcək", - Anadolu agentliyi xəbər verir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti