...

Atəşkəsin pozulması nəticəsində Azərbaycan Milli Ordusunun bir əsgəri şəhid olub - Müdafiə Nazirliyi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Sentyabr 2010 11:40 (UTC +04:00)
Müdafiə Nazirliyi mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələri Ağdamın işğal altındakı Mərzili kəndi ərazilərindəki mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutması nəticəsində əsgər Abbasov Taleh Tofiq oğlu başından güllə yarası alaraq şəhid olub.
Atəşkəsin pozulması nəticəsində Azərbaycan Milli Ordusunun bir əsgəri şəhid olub - Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Müdafiə Nazirliyi atəşkəsin pozulması nəticəsində Milli Ordunun bir əsgərinin şəhid olması faktını təsdiqləyib.

Müdafiə Nazirliyi mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələri Ağdamın işğal altındakı Mərzili kəndi ərazilərindəki mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutması nəticəsində əsgər Abbasov Taleh Tofiq oğlu başından güllə yarası alaraq şəhid olub.

1989-cu il təvəllüdlü Abbasov ötən il Zəngilan Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Xəbər lenti

Xəbər lenti