...

Region ölkələri uzunmüddətli sülhə və sabitliyə nail olmaq üçün hər şeyi etməlidirlər – XİN başçısı (ƏLAVƏ OLUNUB)(FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Oktyabr 2010 15:37 (UTC +04:00)
Ermənistan-Azərbaycan münaqişəsi tərəflərinə Dağlıq Qarabağla bağlı danışıqlar masasından bütün mənfi aspektləri yığışdırmaq lazımdır. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Bakıda beynəlxalq münasibətlərə həsr olunmuş "Dəyişən dünyada Cənubi Qafqaz" simpoziumunun açılışında bildirib.
Region ölkələri uzunmüddətli sülhə və sabitliyə nail olmaq üçün hər şeyi etməlidirlər – XİN başçısı (ƏLAVƏ OLUNUB)(FOTO)

RED. əlavəsi: Fotoşəkillər əlavə olunub

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir S.Ağayeva/

Ermənistan-Azərbaycan münaqişəsi tərəflərinə Dağlıq Qarabağla bağlı danışıqlar masasından bütün mənfi aspektləri yığışdırmaq lazımdır. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Bakıda beynəlxalq münasibətlərə həsr olunmuş "Dəyişən dünyada Cənubi Qafqaz" simpoziumunun açılışında bildirib.

Nazir mənfi aspektlər arasında Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxartmaq istəməməsi, məcburi köçkünlərin işğal olunmuş ərazilərə və Dağlıq Qarabağa qayıtmasına Yerevanını mane olması, Ermənistanın Dağlıq Qarabağın statusunun hazırkı mərhələdə müəyyən edilməsi tələbidir ki, bu da indi sadəcə olaraq mümkün deyil.

"Dağlıq Qarabağ münaqişəsi regionun inkişafı və burada yaşayan xalqlar üçün ciddi təhlükə yaradır. Biz anlayırıq ki, münaqişə tərəfləri arasında bir sıra mövcud mənfi məqamlar üzrə razılığın əldə olunması münaqişənin tam həllinə keçid üçün yaxşı baza ola bilər", - o bildirib.

Məmmədyarovun sözlərinə görə, region ölkələri uzunmüddətli sülhə və sabitliyə nail olmaq üçün əllərindən gələni etməlidirlər.

"Bu gün danışıqlar prosesində qəribə vəziyyət yaranıb. Nə Azərbaycan, nə də ATƏT MQ-yə həmsədr ölkələr Madrid prinsipləri ilə bağlı Ermənistandan konkret cavab almağa nail ola bilmirlər", - Məmmədyarov bildirib.

Nazirin sözlərinə görə, danışıqların mühüm aspekti Dağlıq Qarabağın azərbaycanlı icmasının işğal edilmiş ərazilərə qayıtması olacaq.

Məmmədyarovun sözlərinə görə, Azərbaycan sülh prosesindən imtina etmək fikrində deyil və hazırda o qədər də intensiv olmayan danışıqları aparmaqda davam edəcək. Nazir hesab edir ki, Ermənistan danışıqlar prosesinə əngəl törətməməlidir.

"Mən əminəm ki, uzunmüddətli perspektivdə Azərbaycanın ərazi bütövlüyü BMT-nin tələblərinə uyğun olaraq bərpa olunmalıdır", - o deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

"Dəyişən dünyada Cənubi Qafqaz" mövzusu üzrə illik simpozium oktyabrın 22-23-də Bakıda keçirilir. Onun keçirilməsində əsas məqsəd regional əlaqələrin və əməkdaşlığın yaxşılaşdırılması, regional siyasət, iqtisadiyyat və beynəlxalq münasibətlərlə maraqlanan professorlar arasında əlaqələrin möhkəmləndirilməsidir.

Simpoziumda 150-dən artıq xarici və yerli ekspert iştirak edir.

Müzakirə olunan məsələlər arasında "Regional kontekstdə qlobal problemlər", "Regional təhlükəsizlik problemləri - münaqişələr və münaqişədən sonrakı inkişaf", "Cənubi Qafqazda yaranan iqtisadi tendensiyalar - informasiya kommunikasiyaları və energetika sahəsində inkişaf", "Cənubi Qafqazda xarici sityasət: strategiya və seçim" kimi mövzular var.

İkigünlük müzakirələrin nəticəsi üzrə kitab nəşr olunacaq. Orada sadalanan mövzular üzrə tədqiqat materialları təqdim olunacaq. Kitab dünyanın elm və beyin mərkəzlərinə yayılacaq.

Xəbər lenti

Xəbər lenti