...

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun əsgəri yaralanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Noyabr 2010 11:58 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, oktyabrın 31-də saat 16:20-də əsgərimiz Zeynalov Fərrux Sabir oğlu yaralanıb.
Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun əsgəri yaralanıb

Azərbaycan, Bakı, 01 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun əsgəri yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, oktyabrın 31-də saat 16:20-də əsgərimiz Zeynalov Fərrux Sabir oğlu yaralanıb. Zeynalov Lənkəran rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Hazırda onun vəziyyəti kafi qiymətləndirilir.

Nazirlikdən bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri göstərişi yerinə yetirərək düşmənə cavab atəşi açmayıb. Nazirliyin məlumatında qeyd olunur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların getdiyi bir ərəfədə Silahlı Qüvvələrimizə atəşkəs rejiminə əməl olunması barədə göstəriş verilib. Ancaq buna baxmayaraq, qarşı tərəf vəziyyəti gərginləşdirməkdə davam edərək yenə də atəşkəs rejimini pozur.

"Ermənistan başa düşməlidir ki, bu haldan sui-istifadəyə yol verilə bilməz və qarşılıqlı anlaşmaya riayyət edilməzsə, Azərbaycan tərəfi cavab atəşi açmağa məcbur olacaq", - məlumatda vurğulanır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, oktyabrın 31-də erməni hərbçiləri saat 12:00-dan 12:20-dək, 13:50-dən 14:00-dək, 22:00-dan 22:10-dək Ağdam rayonunun Sarıcalı, Şuraabad və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən; saat 15:45-dən 16:00-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 12:25-dən 13:00-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 17:10-dan 17:35-dək və 20:10-dan 20:15-dək Tərtər rayonunun Seysulan və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Xəbər lenti

Xəbər lenti