...

Azərbaycan Ordusunun leytenantı şəhid olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Noyabr 2010 11:05 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev şənbə günü Trend-ə bildirib ki, ötən gün saat 11:00 radələrində cəbhənin Xocəvənd rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin snayperdən açdığı atəş nəticəsində leytenant İbrahim Sabir oğlu İbrahimov aldığı güllə yarasından şəhid olub.
Azərbaycan Ordusunun leytenantı şəhid olub

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun leytenantı şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev şənbə günü Trend-ə bildirib ki, ötən gün saat 11:00 radələrində cəbhənin Xocəvənd rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin snayperdən açdığı atəş nəticəsində leytenant İbrahim Sabir oğlu İbrahimov aldığı güllə yarasından şəhid olub.

33 yaşlı İbrahimov bu ilin yanvar ayında Oğuz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılmışdı.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti