...

ATƏT sammiti ərəfəsində "WikiLeaks"in "ifşası" regionun əsas məsələlərinin həllinə mane olur – baş konsul

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Noyabr 2010 14:56 (UTC +04:00)
ATƏT-in Astanada keçiriləcək sammiti ərəfəsində "WikiLeaks"in saytında təsdiq edilməmiş və əsassız məlumatların yer alması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması da daxil olmaqla, region üçün həlli vacib məsələlərdə əngəllər yaradır. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov bu fikirdədir.
ATƏT sammiti ərəfəsində "WikiLeaks"in "ifşası" regionun əsas məsələlərinin həllinə mane olur – baş konsul

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir S.Ağayeva/

ATƏT-in Astanada keçiriləcək sammiti ərəfəsində "WikiLeaks"in saytında təsdiq edilməmiş və əsassız məlumatların yer alması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması da daxil olmaqla, region üçün həlli vacib məsələlərdə əngəllər yaradır. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov bu fikirdədir.

ABŞ-ın "Foks" telekanalının xəbərlər proqramında canlı efirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu qeyd edib ki, məxfi diplomatik yazışmanın sızması faktı özlüyündə dünya ictimaiyyətinin Vaşinqtonla etibarlı münasibətlərində böhran yaradır və ABŞ-ın dünyadakı maraqlarına xələl gətirir. Bu barədə konsulluğun məlumatında deyilir.

Məxfi sənədlərin yayılması üzrə ixtisaslaşan məşhur qalmaql saytı "WikiLeaks" noyabrın 28-də ABŞ-ın xarici siyasətinin strategiyası haqqında vəd etdiyi məxfi məlumatları dərc edib.

Süleymanovun fikrincə, Avrasiya regionu üçün ümulikdə bu təsdiq edilməmiş və əsassız məlumatların ATƏT-in Astanda keçiriləcək sammiti ərəfəsində meydana çıxması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması da daxil olmaqla, region üçün həlli vacib məsələlərdə əngəllər yaradır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Son 11 ildə keçirilməyən ATƏT sammiti Astanada dekabrın ilk günlərində Qazaxıstanın sədrliyi çərçivəsində baş tutacaq və bütün üzv ölkələrin hökumət və dövlət başçılarını bir araya gətirəcək. Görüşdə ATƏT-in 12 tərəfdaş ölkəsi, eləcə də 68 beynəlxalq təşkilatın nümayəndələri iştirak edəcək.

ATƏT qitədə təhlükəsizlik siyasəti sahəsində ən böyük təşkilatdır. O, Şimali Amerika, Avropa və keçmiş Sovet İttifaqının 56 ölkəsini birləşdirməsi ilə seçilir.

Xəbər lenti

Xəbər lenti