...

Azərbaycanın hakim partiyası İKT-nin Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi sənədi Ermənistan üçün ciddi zərbə hesab edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Yanvar 2011 19:06 (UTC +04:00)
Azərbaycanın hakim partiyası İslam Konfransı Təşkilatının Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi sənədi Ermənistan üçün ciddi zərbə hesab edir.
Azərbaycanın hakim partiyası İKT-nin Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi sənədi Ermənistan üçün ciddi zərbə hesab edir

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim partiyası İslam Konfransı Təşkilatının Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi sənədi Ermənistan üçün ciddi zərbə hesab edir.

"İKT Parlament İttifaqının 13-cü sessiyasında "Xocalıya ədalət" sənədinin müzakirəyə çıxarılması və Xocalı soyqırımının insanlığa qarşı törədilən akt kimi sessiyanın yekun bəyannaməsinə əlavə edilməsi təcavüzkar Ermənistana ciddi zərbədir. Sessiyada üzv dövlətlərin parlamentlərinə bu hadisənin soyqırım kimi tanınması üçün müraciət ünvanlanması da çox əhəmiyyətli hadisədir", - Trend-in məlumatına görə, bu barədə partiyanın rəsmi saytına açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, ermənilərin törətdiyi Xocalı qətliamı dünya ictimaiyyətinə məlumdur.

"Xocalı faciəsi haqqında həqiqətləri dünyaya çatdırmaq istiqamətində ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt bu gün ardıcıllıqla davam etdirilir. O cümlədən, Heydər Əliyev Fondunun vitse-prezidenti, İKT Gənclər Forumunun koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə çox böyük işlər görülür. "Xocalıya ədalət" kampaniyası həyata keçirilir və bu kampaniya müəyyən nəticələr verib. İKT Parlament İttifaqı Xocalı faciəsini insanlığa qarşı cinayət kimi qəbul edib. Bu hadisənin soyqırım kimi tanınması Ermənistanın bu cinayətdə olan nümayəndələrinin beynəlxalq hüquq çərçivəsində cəzalandırılması üçün də siyasi baxımdan əhəmiyyətli addım olardı. Hazırda bu yöndə işlər davam edir", - o vurğulayıb.

O qeyd edib ki, Xocalı faciəsini törədənlər harada yaşamasından, tutduğu vəzifəsindən asılı olmayaraq bu cinayətə görə cavab verməlidir.

"Azərbaycan ictimaiyyəti Xocalı soyqırımını törədən erməni canilərinin də beynəlxalq hüquqa uyğun olaraq cəzalandırılmasını tələb edir", - Qurbanlı əlavə edib.

1992-ci il fevralın 26-da erməni silahlıları tərəfindən Xocalı şəhərinin 7 minlik əhalisinə qarşı soyqırım aktı törədilib. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.

Xəbər lenti

Xəbər lenti