...

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycana səfər edəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Fevral 2011 20:28 (UTC +04:00)
Fevralın 10-da Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycana səfər edəcəklər. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elxan Poluxov məlumat verib.
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycana səfər edəcəklər

Azərbaycan, Bakı, 8 fevral/Trend, müxbir A.Ağayeva/

Fevralın 10-da Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycana səfər edəcəklər. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elxan Poluxov məlumat verib.

Onun sözlərinə görə, həmsədrlərin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü planlaşdırılıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti