...

Beynəlxalq qurumların Azərbaycan və Ermənistan qarşısında eyni tələblər irəli sürməsi ədalətsizlikdir - deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Mart 2011 17:13 (UTC +04:00)
Beynəlxalq qurumların Azərbaycan və Ermənistan qarşısında eyni tələblər irəli sürməsi ədalətsizlikdir. Bu barədə çərşənbə günü Trend-ə Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.
Beynəlxalq qurumların Azərbaycan və Ermənistan qarşısında eyni tələblər irəli sürməsi ədalətsizlikdir - deputat

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir T.Hacıyev/

Beynəlxalq qurumların Azərbaycan və Ermənistan qarşısında eyni tələblər irəli sürməsi ədalətsizlikdir. Bu barədə çərşənbə günü Trend-ə Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

"O məsələ ki, beynəlxalq qurumlar - istər MDB, istər ATƏT, istərsə də digər qurumlar tərəfindən Azərbaycan və Ermənistan qarşısında bərabər şəkildə irəli sürülür, deməli, orada hökmən bir erməni marağı var. Bizim təcrübəmiz bunu göstərir. ATƏT-in Minsk qrupunun yaradılması da, ora təyin olunan üç dövlət də, sonradan Azərbaycanın hərbi əməliyyatlarda uğur qazandığı bir vaxtda atəşkəsin elan olunması da guya humanitar məqsədlə, insanların qorunması üçün edilib, ancaq bütün bu addımlar erməni mənafeyini qorumağa və Dağlıq Qarağı ermənilərə verməyə xidmət edib", - Rüstəmxanlı əlavə edib.

Millət vəkili hesab edir ki, buna görə də artıq xalqda da həmin beynəlxalq təşkilatlara inam qalmayıb.

"Gözümüzün qabağında Minsk qrupunun iyirmi ilə yaxın apardığı bir fəaliyyət var. Bu fəaliyyət bütövlüklə saxta və yanlış bir prinsipin üzərində qurulub. Onlar deyirlər ki, siz bir-birinizə güzəştə getməlisiniz. Azərbaycan nəyə görə güzəştə getməlidir ki? Torpaqları itirilən də, işğala məruz qalan da biz, bir milyon qaçqını olan da bizik. Biz hansı güzəştə getməliyik? Beynəlxalq qurumların snayperləri geri çəkmək tələbi düzgün deyil. Azərbaycan və Ermənistana eyni silah kvotası qoyulması yanlışdır. Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Biz bu torpaqları azad etməliyik", - Rüstəmxanlı vurğulayıb.

Rüstəmxanlı bir müddət öncə 9 yaşı azərbaycanlının snayperlə vurulmasından da söz açıb.

"Münaqişə dövründə snayperlərdən daha çox biz zərər çəkmişik. Çünki bu savaşda ilk olaraq snayper ənənəsini Ermənistan yaradıb. Dünyanın bir çox ölkələrindən snayper mütəxəssisləri Ermənistan tərəfindən dəvət olunurdu və həmin snayperlər azərbaycanlıların öldürülməsində fəal iştirak edirdilər. Təbii ki, snayperlərin indiki halda cəbhədə olması xoşagəlməz ənənədir, ancaq bununla bağlı Azərbaycan və Ermənistana eyni şəkildə tələblər irəli sürülməsi ədalətsizlikdir", - o deyib.

Ermənistan silahlı qüvvələrinin martın 8-də saat 17:00-18:00 radələrində Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsi pozması nəticəsində 9 yaşlı Orta Qərvənd kənd sakini Fariz Arif oğlu Bədəlov həyətdə oynayarkən aldığı güllə yarasından ölüb.

Beynəlxalq qurumlar, xüsusilə də ATƏT-in Minsk qrupu tərəfindən Azərbaycan və Ermənistana qoşunların təmas xəttindən snayperlərin geri çəkilməsi təklifi irəli sürülür.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti