...

Dağlıq Qarabağın azərbaycanlı icması Serj Sarkisyanın Azərbaycan və Türkiyə haqqında dediklərini terrorçu mövqeyi adlandırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyul 2011 10:34 (UTC +04:00)
Dağlıq Qarabağın azərbaycanlı icması Serj Sarkisyanın Azərbaycan və Türkiyə haqqında söylədiklərini terrorçu mövqeyi adlandırıb.
Dağlıq Qarabağın azərbaycanlı icması Serj Sarkisyanın Azərbaycan və Türkiyə haqqında dediklərini terrorçu mövqeyi adlandırıb

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Dağlıq Qarabağın azərbaycanlı icması Serj Sarkisyanın Azərbaycan və Türkiyə haqqında söylədiklərini terrorçu mövqeyi adlandırıb.

"Ermənistan Prezidenti son bəyanatları ilə ölkəsinin mövqeyini dünyaya nümayiş etdirir. Bu mövqe də işğalçılıq, terror, dinc insanların qətlə yetirilməsindən ibarətdir", - Trend-in məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytın açıqlamasında "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

Bir neçə gün bundan əvvəl Ermənistan Prezidenti Serj Sarkisyan gənclər qarşısında "Dağlıq Qarabağı düşməndən biz azad etdik, Ağrı dağını azad etmək də sizin öhdənizə düşür" bəyanatı ilə çıxış edib.

Səfərov bildirib ki, Sarkisyan bu açıqlaması ilə əsl erməni xislətini göstərib. Onun sözlərinə görə, bütün dünya insanlarının sülh və təhlükəsizliyin təmin olunması istiqamətindəki təşəbbüsləri fonunda erməni gənclərin bu cür tərbiyə olunması müasir dövrümüzün çağırışları ilə tam ziddiyyət təşkil edir.

"Əslində, Sarkisyan bu tövsiyələrinin heç zaman reallaşmayacağını yaxşı anlayır. Çünki Ermənistanın özü can hayındadır, problemlər içərisində boğulur. Belə olan halda, nə Qarabağı işğal altında saxlaya, nə də Türkiyəyə qarşı iddialarını heç zaman gerçəkləşdirə bilməyəcəklər", - icmanın rəhbəri vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti