Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 5-də saat 18:30-dan 18:40-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ermənistan Ordusu həmçinin həmin gün saat 16:20-dən 16:30-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən, oktyabrın 6-da saat 01:30-dan 01:45-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 02:05-dən 02:10-dək və 01:45-dən 01:50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 01:55-dən 02:05-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub
Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub.