...

Rusiya və Türkiyə XİN rəhbərlərinin müavinləri Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Yanvar 2012 18:33 (UTC +04:00)
Rusiya və Türkiyənin xarici işlər nazirlərinin müavinləri Qriqori Karasin və Firudin Sinirlioğlu bazar ertəsi Moskvada məsləhətləşmələr keçiriblər.
Rusiya və Türkiyə XİN rəhbərlərinin müavinləri Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Rusiya və Türkiyənin xarici işlər nazirlərinin müavinləri Qriqori Karasin və Firudin Sinirlioğlu bazar ertəsi Moskvada məsləhətləşmələr keçiriblər. Bu barədə bazar ertəsi Trend RF XİN-in rəsmi saytına istinadən məlumat verir.

Görüş zamanı Cənubi Qafqazdakı və Dağlıq Qarabağ ətrafındakı vəziyyət daxil olmaqla, bir sıra beynəlxalq və regional məsələlər müzakirə edilib. Bundan başqa, Rusiya və Türkiyənin Mərkəzi Asiya ölkələri ilə münasibətlərinə toxunulub.

XİN rəhbərlərinin müavinləri Rusiya-Türkiyə əməkdaşlığının yüksək səviyyəsini, XİN-lərarası əlaqələrin mütəmadi və səmərəli xarakterini qeyd ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti