...

Rusiya və ABŞ Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Fevral 2012 10:15 (UTC +04:00)
Fevralın 17-də Moskvada RF xarici işlər nazirinin müavini, stats-katib Qriqori Karasin Cənubi Qafqazdakı vəziyyəti ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filipp Qordonla müzakirə edib.
Rusiya və ABŞ Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Azərbaycan, Bakı, 20 fevral / Trend, müxbir E.Tariverdiyeva/

Fevralın 17-də Moskvada RF xarici işlər nazirinin müavini, stats-katib Qriqori Karasin Cənubi Qafqazdakı vəziyyəti ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filipp Qordonla müzakirə edib. Trend-in məlumatına görə, bu barədə nazirliyin saytı xəbər verib.

Tərəflər beynəlxalq gündəlikdəki aktual məsələlərlə bağlı, eləcə də iki ölkənin Ukrayna, Belarus və Moldova ilə münasibətlərinə dair fikir mübadiləsi aparıblar.

Görüşdə ABŞ-ın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Maykl Makfol iştirak edib.

Xəbər lenti

Xəbər lenti