...

NATO: Dağlıq Qarabağ münaqişəsi ən qısa müddətdə və beynəlxalq hüquqa riayət edilməklə həll olunmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Mart 2012 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend, müxbir E.Tariverdiyeva /

NATO-nun Dağlıq Qarabağ münaqişəsində iştirak etmək niyyəti və planları yoxdur, hətta hazırda Minsk qrupunun himayəsi altında aparılan sülh prosesində də iştirak etmir. Trend-in məlumatına görə, bunu alyansın Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay müsahibəsində deyib. Xəbəri NATO-nun Community.org saytı yayıb.

"Minsk prosesinin gedişi ilə bağlı narahatlıq mövcuddur. Biz burada, NATO-nun mənzil-qərargahında son bir neçə həftədə iki prezidentdən [Azərbaycan və Ermənistan] onların prosesə və Dağlıq Qarabağ böhranının dinc yolla nizamlanmasına tərəfdar olduqlarını eşitdik. Lakin reallıq belədir ki, Minsk prosesində xüsusilə son vaxtlar çətinliklər müşahidə olunur", - Appaturay deyib.

O, hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi regionu, ehtimal ki, beynəlxalq kütləvi informasiya vasitələri tərəfindən layiq olduğu diqqəti əldə etmir.

Onun sözlərinə görə, Cənubi Qafqaz öz coğrafi mövqeyinə, öz potensialına görə və enerji tranziti səbəbindən və özünün enerji təchizatındakı roluna görə həlledici strateji əhəmiyyətə malikdir.

"Bir çoxları üçün və bir çox səbəblərə görə, bu münaqişənin [Dağlıq Qarabağ] ən qısa müddətdə və beynəlxalq hüququn prinsiplərinə riayət olunmaqla həll edilməsi vacibdir", - Appaturay deyib.

Xəbər lenti

Xəbər lenti