...

Sergey Lavrov: Moskva bundan sonra da Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda kömək etməyə hazırdır (ƏLAVƏ OLUNUB-2)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Aprel 2012 18:17 (UTC +04:00)
Azərbaycan və Rusiya bir çox problemlərin həllini tapmağa çalışır və təkcə ikitərəfli formatda deyil, eləcə də beynəlxalq arenada mövqelərinin yaxınlığını dəfələrlə sübut ediblər.
Sergey Lavrov: Moskva bundan sonra da Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda kömək etməyə hazırdır (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:45-də yayılıb)

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycan və Rusiya bir çox problemlərin həllini tapmağa çalışır və təkcə ikitərəfli formatda deyil, eləcə də beynəlxalq arenada mövqelərinin yaxınlığını dəfələrlə sübut ediblər. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Bakıda mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Mənim Bakıya cari səfərim əməkdaşlığın praktiki inkişafını gözdən keçirmək üçün yaxşı imkandır", - nazir qeyd edib.

Nazirin sözlərinə görə, iki ölkənin prezidentlərinin himayəsi altında uğurla həyata keçirilən humanitar forum layihəsi buraxılıb.

Dağlıq Qarabağ probleminə toxunan Lavrov bildirib ki, Rusiya münaqişənin həllində maraqlıdır və bu məsələdə regionda yaşayan insanların maraqlarından çıxış edir.

Onun sözlərinə görə, Moskva Bakının razılığı ilə bundan sonra da danışıqlarda kömək etməyə hazırdır.

"Biz hamımız münaqişənin nizamlanması prosesini sürətləndirmək istəyirik və bu prosesi yubandırmamaq üçün əlavə səylər göstərəcəyik", - nazir vurğulayıb.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sözlərinə görə, BMT-nin işğal edilmiş Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının çıxarılması haqqında qətnamələrinin vaxtı keçməyib.

"Biz hesab edirik ki, bu qətnamələr yerinə yetirilməlidir", - Məmmədyarov deyib.

Xəbər lenti

Xəbər lenti