...

Fikrət Akçura:Azərbaycan BMT TŞ-nin üzvi olduğu üçün Qarabağ münaqişəsinin həlli məsələsini hər zaman gündəmə gətirə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Aprel 2012 10:22 (UTC +04:00)
Azərbaycan BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzv olduğu üçün Qarabağ münaqişəsinin həlli məsələsini hər zaman gündəmə gətirə bilər.
Fikrət Akçura:Azərbaycan BMT TŞ-nin üzvi olduğu üçün Qarabağ münaqişəsinin həlli məsələsini hər zaman gündəmə gətirə bilər

Azərbaycan, Bakı, 14 aprel / Trend müxbir E.Mehdiyev/

Azərbaycan BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvi olduğu üçün Qarabağ münaqişəsinin həlli məsələsini hər zaman gündəmə gətirə bilər. Trend-in şənbə günü verdiyi məlumata görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, səfir Fikrət Akçura jurnalistlərə açıqlamasında deyib

"Bəlkə də bu 2 il müddətində Azərbaycanın təşəbbüsü ilə BMT TŞ Qarabağ münaqişəsinin həlli məsələsini gündəmə gətirə bilər. Bu məsələ daha çox Azərbaycanın təşəbbüsündən asılıdır. Münaqişənin həlli ilə bağlı qərarın qəbulu üçün BMT TŞ-nin daimi üzvü olan 5 ölkənin razılığı lazımdır", - səfir deyib.

O əlavə edib ki, BMT TŞ-nin münaqişə ilə bağlı 4 məlum qətnaməsi var. Bundan əlavə, ATƏT-in Minsk qrupu yaradılıb və 4 qətnamənin icrası məsələsi Minsk qrupuna həvalə olunub.

"Amma çox təəssüf ki, münaqişə 20 ildir həllini tapmayıb. Artıq ciddi irəliləyiş əldə olunmadığı üçün insanlar da narahatdırlar", - Akçura deyib.

Xəbər lenti

Xəbər lenti