Ermənistan silahlıları Tovuz rayonu istiqamətində atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Xəbər 30 Aprel 2012 10:43 (UTC +04:00)
Ermənistan silahlıları Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozublar.
Ermənistan silahlıları Tovuz rayonu istiqamətində atəşkəsi pozublar

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Ermənistan silahlıları Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 29-da saat 14:40-dan 14:55-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, aprelin 30-da saat 02:10-dan 03:00-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti