...

Əli Həsənov: Belə getsə, Azərbaycan hakimiyyəti öz iradəsini bütün vasitələrlə ortaya qoyacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2012 18:31 (UTC +04:00)
Ermənilər hələ də Cənubi Qafqazda sülhü və sabitliyi təhlükə altında saxlayır, Azərbaycan torpaqlarının işğalını davam etdirirlər.
Əli Həsənov: Belə getsə, Azərbaycan hakimiyyəti öz iradəsini bütün vasitələrlə ortaya qoyacaq

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir A.Axundov/

Ermənilər hələ də Cənubi Qafqazda sülhü və sabitliyi təhlükə altında saxlayır, Azərbaycan torpaqlarının işğalını davam etdirirlər. Belə getsə, Azərbaycan hakimiyyəti öz iradəsini bütün vasitələrlə ortaya qoyacaq. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çərşənbə axşamı jurnalistlərin Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı verdiyi sualı cavablandırarkən deyib.

"Azərbaycan ermənilərin qeyri-insani fəaliyyətini, Cənubi Qafqazda sülhü və sabitliyi təhlükə altına almalarını dəfələrlə pisləyib, Dağlıq Qarabağ münaqişəsinin həllini daha da çətinləşdirən addımlarını ifşa edib və pisləyib", - Həsənov deyib.

Onu sözlərinə görə, bununla bağlı Azərbaycan dünyanın müvafiq qurumları qarşısında məsələ qaldırıb.

"Ermənilərlə aparılan danışıqlarda hələ ki, bir effekt yoxdur", - PA-nın şöbə müdiri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti