...

Müdafiə Nazirliyi: Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərgindir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyun 2012 10:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərgin olaraq qalır.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ermənistanın silahlı bölmələri iyunun 13-ü saat 08:00-dan bu gün səhər saat 08:00-dək olan vaxt ərzində Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Gülüstan kəndi yaxınlığında, Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaraxanbəyli, Horadiz, Qorqan və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ağdam rayonunun Şıxlar, Cəvahirli və Şirvanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam ediblər.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti