...

ATƏT-in Minsk qrupu: Heç bir ölkə Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyul 2012 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyul / Trend, müxbir E.Tarıverdiyeva /

ATƏT-in Minsk qrupu həmsədrləri qeyd edirlər ki, ATƏT MQ həmsədri olan üç ölkənin heç biri, həmçinin dünyanın heç bir ölkəsi Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır. Trend-in məlumatına görə, bu barədə ATƏT MQ-nin sədrləri, ABŞ-dan Robert Bratdke, Rusiyadan İqor Popov və Fransadan Jak Forun bəyanatında deyilir.

Həmsədrlərin bəyanatında qeyd olunub ki, iyulun 19-dakı prosedur heç bir şəkildə Dağlıq Qarabağın yekun hüquqi statusunu və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə hazırki danışıqların nəticələrini həll etmir.

İyulun 19-da müstəqilliyi dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan separatçı Dağlıq Qarabağda "prezident seçkiləri" keçirilib.

Xəbər lenti

Xəbər lenti