...

Bayram Səfərov: Jirnovski tək azərbaycanlılara deyil, bütün türk dünyasına düşmən kəsilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Sentyabr 2012 11:39 (UTC +04:00)
Jirnovski tək azərbaycanlılara deyil, bütün türk dünyasına düşmən kəsilib.
Bayram Səfərov: Jirnovski tək azərbaycanlılara deyil, bütün türk dünyasına düşmən kəsilib

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Jirnovski tək azərbaycanlılara deyil, bütün türk dünyasına düşmən kəsilib. Trend-in məlumatına görə, bunu "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov Rusiya Dövlət Şurası və Dövlət Dumasının üzvü Vladimir Jirinovskinin bəyanatını şərh edərkən cümə günü jurnalistlərə deyib.

Səfərov bildirib ki, Jirnovski həmişə öz əxlaqını, tərbiyyəsini göstərir.

Jirnovskinin bəyanatında terrora çağırış məsələsinə toxunan İB sədri qeyd edib ki, Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycanla bağli həmişə təhlükə yaratmaları onsuz da məlumdur.

"Ermənilər təkcə azərbaycanlılara qarşı deyil, bütün dünya xalqlarına qarşı terror törətməkdə məşhurdurlar. Onlar bu gün də bu işi davam etdirirlər", - Səfərov əlavə edib.

Qeyd edək ki, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılaraq, nazir müavini Xələf Xələfov tərəfindən qəbul edilib.

XİN-in mətbuat xidmətindən öncə Trend-ə verilən məlumata görə, görüşdə Xələfov Rusiya səfirinə cari ilin 14 sentyabr tarixində Moskva şəhər meriyasının icazəsi və "Rus-Erməni Birliyi"nin təşkilatçılığı ilə Moskva şəhərində Ramil Səfərovun əfv edilməsinə qarşı keçirilmiş aksiyada Rusiya Dövlət Şurası və Dövlət Dumasının üzvü Vladimir Jirinovskinin Azərbaycan xalqına qarşı terrora, cinayətə, milli ədavətə və düşmənçiliyə təhrik edən təxribatçı və məsuliyyətsiz çağırışı ilə bağlı qəti etiraz bildirib.

Xəbər lenti

Xəbər lenti