...

Baş nazir: Macarıstan hökuməti Ramil Səfərovun ekstradisiyası məsələsində düzgün qərar qəbul edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Oktyabr 2012 16:15 (UTC +04:00)
Macarıstan hökuməti Ramil Səfərovun Azərbaycana ekstradisiyası məsələsində düzgün qərar qəbul edib və Macarıstanın Dağlıq Qarabağ münaqişəsi mövzusu üzərindən qalxmasına kömək edib.
Baş nazir: Macarıstan hökuməti Ramil Səfərovun ekstradisiyası məsələsində düzgün qərar qəbul edib

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir E.Tariverdiyeva/

Macarıstan hökuməti Ramil Səfərovun Azərbaycana ekstradisiyası məsələsində düzgün qərar qəbul edib və Macarıstanın Dağlıq Qarabağ münaqişəsi mövzusu üzərindən qalxmasına kömək edib. Trend-in çərşənbə axşamı www.politics.hu. saytına istinadən verdiyi məlumata görə, bu barədə Macarıstanın Baş naziri Viktor Orban parlamentdə deyib.

Baş nazir keçmiş xarici işlər naziri, Macarıstan Sosialist Partiyasının rəhbəri Laslo Kovaçın tənqidlərinə belə cavab verib.

Orban bəyan edib ki, hökumət beynəlxalq hüquq normaları və Macarıstanın hüquqi praktikasına riayət edərək düzgün qərar qəbul edib.

"Macarıstan Ermənistan və Azərbaycanın maraqlarına deyil, öz maraqlarına uyğun hərəkət etməlidir", - o deyib.

Orban həmçinin bildirib ki, qərar Macarıstanın hər hansısa qısamüddətli üstünlükləri ilə bağlı vədlərlə əsaslanmayıb.

Baş nazir qeyd edib ki, lakin uzunmüddətli perspektivdə qərar fayda verəcək.

"Səfərov Macarıstanda olanda bir çox sual və çətinliklər yaranırdı, vəziyyət gələcəkdə də dəyişməyəcəkdi", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti