...

Almaniya səfiri: Dağlıq Qarabağ və ətraf rayonların işğal altında olması Azərbaycanın inkişafına xələl gətirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Oktyabr 2012 20:18 (UTC +04:00)
Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğal altında olması Azərbaycanın inkişafına xələl gətirir. Trend-in məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle Alman Birliyi Günü munasibətilə Bakıda keçirilən tədbirdə deyib.
Almaniya səfiri: Dağlıq Qarabağ və ətraf rayonların işğal altında olması Azərbaycanın inkişafına xələl gətirir

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğal altında olması Azərbaycanın inkişafına xələl gətirir. Trend-in məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle Alman Birliyi Günü munasibətilə Bakıda keçirilən tədbirdə deyib.

"22 il bundan əvvəl Almaniyanın birləşməsi və Avropa İttifaqına maneəsiz inteqrasiyasından sonra inkişafı zamanı Azərbaycan Respublikası 1991-ci ildə bərpa etdiyi müstəqilliyinin ilk illərində öz torpaqlarını itirib. 1994-cü ildə atəşkəs əldə edildikdən sonra Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğal altında olması Azərbaycanın inkişafına xələl gətirir", - Kvelle qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın dövlət siyasətinin əsas məqsədlərindən biri ərazi bütövlüyünün bərpası olaraq qalır. Almaniya-Azərbaycan münasibətlərinin mühüm hissəsi olan çoxsaylı siyasi səfərlər cərcivəsində Almaniya Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə dair səylərini həmişə dəstəkləyib.

Səfir vurğulayıb ki, Almaniya hökuməti mövcud xoş əməkdaşlığın bütün sahələrdə genişləndirilməsi və gücləndirilməsi üçün imkanlar görür, məsələn, terrorizmə qarşı mübarizə, iqtisadi-bazar strukturlarının, hüquqi dövlətin və demokratiyanın gücləndirilməsi.

Xəbər lenti

Xəbər lenti