...

Ukraynada elan edilən "Xocalı ayı"na Odessa şəhərindən start verilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Fevral 2013 11:10 (UTC +04:00)
Mərasimə qatılanlar Azərbaycan və Ukrayna dövlət televiziyalarının birgə hazırladığı "Qarabağ tarixin burulğanında” filminə baxmaqla ermənilərin əsrlər boyu azərbaycanlılara qarşı həyata keçirtdikləri soyqırım siyasəti ilə tanış olublar.
Ukraynada elan edilən "Xocalı ayı"na Odessa şəhərindən start verilib (FOTO)

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir E.Mehdiyev/

Ukraynada elan edilən "Xocalı ayı"na Odessa şəhərindən start verilib.

Ukrayna Azərbaycanlı Gənclər Birliyindən Trend-ə verilən məlumata görə, Odessa vilayət dövlət admnistrasiyası rəsmilərinin, diplomatların, türk, tatar, yəhudi, alman, fələstin və digər xalqların diaspora təmsilçilərinin iştirak etdiyi anım mərasimində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin rəhbəri Anar Tahirov və birliyin Odessa vilayət təşkilatının sədri Samirə Əliyeva çıxış edərək son iki əsrdə ermənilərin Azərbaycanda həyata keçirdikləri işğalçılıq və soyqırım siyasətini tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıblar. 1992-ci il fevral ayının 26-da erməni silahlı dəstələrinin Xocalı şəhərində uşaqlara, qadınlara, qocalara və dinc əhaliyə qarşı həyata keçirtdikləri misli görünməmiş vəhşilikləri zaman-zaman xalqımıza yönəlik soyqırım siyasətinin məntiqi davamı kimi səciyyələndiriblər.

Mərasimə qatılanlar Azərbaycan və Ukrayna dövlət televiziyalarının birgə hazırladığı "Qarabağ tarixin burulğanında" filminə baxmaqla ermənilərin əsrlər boyu azərbaycanlılara qarşı həyata keçirtdikləri soyqırım siyasəti ilə tanış olublar.

"Xocalı soyqırımında birbaşa əli olan rəsmi İrəvan və onun hazırkı rəhbərliyi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir" - filmə baxdıqdan sonra belə bir bəyanatla çıxış edən Türkiyənin Odessa şəhərindəki baş konsulunun müavini Məlik Dəmirdaş soqırımdan 21 il ötməsinə baxmayaraq dünya birliyinin belə bir bəşəri cinayətə hüquqi, siyasi qiymət verməmələrini tarixi ədalətsizlik kimi qiymətləndirib.

Jurnalist Valeri Bulumenkrans isə Xocalı faciəsini dünyada baş verən ən amansız qətliamlardan biri kimi qiymətləndirərək indiyədək beynəlxalq təşkilatların belə bir bəşəri cinayətə hüquqi siyasi qiymət verməmələrindən təəssüfləndiyini qeyd edib. Anım mərasimində Odessa şəhərində yaşayan azərbaycanlı gənclərin Xocalı faciəsi ilə bağlı hazirladıqları ədəbii bədii kompozisya nümayiş etdirilib.

Mərasimin sonunda tədbir iştirakçıları adından Xocalı soyqrımına hüquqi-siyasi qiymət verilməsi üçün beynəlxalq təşkilatlara müraciət qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti