...

Kiyevdə Xocalı faciəsinin qurbanları xəstələrə qan verməklə yad edilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2013 14:29 (UTC +04:00)
Ermənilər 21 il bundan öncə Xocalı şəhərində axıtdıqları günahsız insan qanına görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.
Kiyevdə Xocalı faciəsinin qurbanları xəstələrə qan verməklə yad edilib (FOTO)

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Ermənilər 21 il bundan öncə Xocalı şəhərində axıtdıqları günahsız insan qanına görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Bu devizlə gün ərzində Kiyev şəhərindəki 3 saylı klinik xəstəxanaya gələn azərbaycanlı və ukraynalı gənclər Xocalıda erməni vəhşiliyinə məruz qalan uşaqların, qadınların, qocaların və dinc əhalinin xatirələrini talessemiyalı xəstələrə qan verməklə yad ediblər. Bu barədə Trend-ə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin mətbuat xidmətindən məlumat verilib.

Aksiya iştirakçılarına ermənilərin 1992-ci ildə Xocalı şəhərində törətdikləri soyqırım siyasəti haqqında ətraflı məlumat verən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədr müavini Cavid Hüseynzadə aradan 21 il ötməsinə baxmayaraq, dünya birliyinin belə bir bəşəri cinayətə qiymət verməməsini tarixi ədalətsizlik kimi dəyərləndirib. Gənclərin Xocalı qurbanlarının xatirəsini xəstələrə qanvermə aksiyası keçirməklə yad etmələrini humanist addım kimi dəyərləndirən Kiyev şəhər 3 saylı xəstəxananın qanköçürmə şöbəsinin müdiri Olqa Skandala 1992-ci ildə Xocalıda baş vermiş qanlı faciəni insanlığa yönəlik bəşəri cinayət adlandırıb.

Əyinlərində "Xocalıya ədalət" yazılmış köynəklərlə qanvermə aksiyasına qoşulan azərbaycanlı və ukraynalı gənclər 21 il bundan öncə əlləri Azərbaycan xalqının qanına batan hazırkı Ermənistan rəhbərliyinin beynəlxalq məhkəmə qarşısında cavab vermələrinin vacibliyini vurğulayıblar.

"Bu faciə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirtdiyi soyqrım aktıdır. Biz bu gün qanvermə aksiyasına qoşulmaqla beynəlxalq ictimaiyyətin diqqətini bu amansız faciəyə yönəltməyə çalışırıq. İnanırıq ki, Ukrayna parlamenti də Xocalı faciəsini soyqırım aktı kimi qəbul edəcək. Çünki bunun başqa adı yoxdur", - ukraynalı gənclər bu devizlə beynəlxalq təşkilatları haqqa və ədalətə səsləyiblər.

Gün ərzində qanvermə aksiyasına qoşulan gənclərə içərisində Qarabağ həqiqətlərini və Xocalı faciəsini özündə əks etdirən film və kitablar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti