...

Rəsmi Bakı BMT-ni Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərin cəzasız qalmasına son qoymağa çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Mart 2013 12:56 (UTC +04:00)
Azərbaycan hökuməti BMT-dən Ermənistanın Azərbaycana qarşı törətdiyi ağır cinayətlərə görə cəzasız qalmasına son qoymağı tələb edib.
Rəsmi Bakı BMT-ni Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərin cəzasız qalmasına son qoymağa çağırıb

Azərbaycan, Bakı, 8 mart /Trend/

Azərbaycan hökuməti BMT-dən Ermənistanın Azərbaycana qarşı törətdiyi ağır cinayətlərə görə cəzasız qalmasına son qoymağı tələb edib.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev təşkilatın baş katibinə "Xocalıda cinayət: günahkarlar, onların hərəkəti və beynəlxalq hüquqa görə məsuliyyət" adlı memorandum göndərib.

Daimi nümayəndəlikdən Trend-ə bildiriblər ki, Azərbaycan höküməti memarondumu təqdim etməklə BMT-nin baş katibi və təşkilata üzv olan ölkələrdən Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə cəzasızlığa son qoymaq məqsədilə Azərbaycanın təşəbbüs göstərdiyi səyləri dəstəkləməyə çağırıb.

Məktubda qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı hələ də davam edən təcavüzü nəticəsində hərbi cinayət, insanlığa qarşı cinayət və soyqırım kimi beynəlxalq hüququn kobud şəkildə pozulması faktları qeydə alınıb. 21 il əvvəl Azərbaycanın Xocalı şəhərinin sakinlərinə qarşı misli görünməmiş cinayət törədilib.

"Görünən budur ki, bu cinayətlərin cəzasız qalması hələ də Ermənistan və Azərbaycan arasında sülhün təmin olunmasına maneə törədir. Buna görə də münaqişə nəticəsində beynəlxalq hüquq normaları və insan hüquqlarının pozulmasına dair müəyyənləşdirilmiş faktlarla zərərçəkən insanlara adekvat və real kompensasiyaların verilməsi və gələcəkdə belə hadisələrin təkrarlanmaması münaqişənin həllinin əsas şərtidir. Buna müvafiq olaraq, cəzasızlığa son qoymaq yalnız münaqişə tərəflərinin və konkret gunahkarların məsuliyyətinin müəyyən edilməsi üçün əhəmiyyətli deyil, həm də bütovlükdə dünyada sülhün təminatı üçün həqiqətin bərqərar olması, barışıqlar və cəmiyyətin əmin-amanlığına riayət etmək deməkdir", - Azərbaycanın BMT-dəki Daimi nümayəndəliyinin rəhbəri qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti