...

Dağlıq Qarabağ məsələsi ABŞ-da müzakirə olunub (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 May 2013 09:45 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov, qurumun direktor müavini Gülşən Paşayeva, millət vəkili Asim Mollazadə, XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev, SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçiləri Kamal Makili-Əliyev və Heydər Mirzədən ibarət olan nümayəndə heyəti Kolumbiya Universiteti, Harriman İnstitutunda dəyirmi masada iştirak edib.
Dağlıq Qarabağ məsələsi ABŞ-da müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov, qurumun direktor müavini Gülşən Paşayeva, millət vəkili Asim Mollazadə, XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev, SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçiləri Kamal Makili-Əliyev və Heydər Mirzədən ibarət olan nümayəndə heyəti Kolumbiya Universiteti, Harriman İnstitutunda dəyirmi masada iştirak edib.

SAM-nan Trend-ə verilən məlumata görə, Elman Abdullayev Azərbaycanın öz potensialını Cənubi Qafqaz regionunun inkişafına yönəltdiyini vurğulayıb, lakin Ermənistan-Azərbaycan münaqişəsinin regionun bütövlükdə inkişafına maneə olduğunu bildirib.

Bununla yanaşı Abdullayev münaqişənin bu günədək həll olunmasının əsasında dünya ictimaiyyətinin münaqişənin həllinə biganə qalmasının və Ermənistan tərəfindən beynəlxalq hüququn kobud şəkildə pozulmasına baxmayaraq, bu ölkənin təcavüzkar siyasəti ilə baglı heç bir ədalətli reaksiya verilmədiyinin dayandığını vurgulayıb.

Abdullayev Azərbaycanın tarixi təşəbbüsləri sayəsində regionun geostrateji əhəmiyyətinin artması fonunda münaqişənin həlli ilə baglı status-kvonun dəyişdirilməsi üçün ciddi işlərin görülməsinin zəruriliyini vurğulayıb.

Tədbirdə əsasən ABŞ-Azərbaycan münasibətləri, regionda baş verən hadisələr müzakirə olunub.

Nümayəndə heyətinin digər üzvləri Stratfor beyin mərkəzində (Stratfor Strategic Forecasting Inc.) "Azərbaycan regionun enerji körpüsüdür" (Azerbaijan as economic energy transportation nexus in the region) mövzusunda seminar keçirib.

Seminarda SAM-ın şöbə müdiri Vüsal Qasımlı "Azərbaycan Avrasiyanın nəqliyyat və logistika mərkəzidir" (Azerbaijan is transport and logistics hub in the Center of Eurasia), aparıcı elmi işçi Gülmira Rzayeva "Xəzər hövzəsindən Avropanın dounstrim bazarına çıxış" (Connecting Caspian to the European downstream market), aparıcı elmi işçi Zaur Şiriyev "Azərbaycana geopolitik baxış" (Geopolitical view on Azerbaijan) və elmi işçi Şahmar Hacıyev "Amerikanın Azərbaycanla strateji əməkdaşlığa olan ehtiyacı" (America's Need for a Stronger Partnership with Azerbaijan) mövzusunda məruzələrlə çıxışlar ediblər.

Sonda Stratfor beyin mərkəzi və SAM arasında elmi əməkdaşlıq perspektivləri də müzakirə olunuub.

Xatırladaq ki, 29 aprel - 8 may tarixlərində SAM-ın 15 nəfərdən ibarət nümayəndə heyəti ABŞ-da rəsmi səfərdədir.

Səfər zamanı ABŞ-ın nüfuzlu beyin mərkəzləri və universitetlərində 20 konfrans, görüş və mühazirə nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti