...

Aİ Dağlıq Qarabağ münaqişəsinin ədalətli yolla həllinə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyun 2013 17:46 (UTC +04:00)
Avropa Komissiyası Dağlıq Qarabağ münaqişəsinin razılaşdırılmış prinsiplərə uyğun olaraq ədalətli yolla nizamlanmasına çağırır.
Aİ Dağlıq Qarabağ münaqişəsinin ədalətli yolla həllinə çağırır

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbirlər Y.Kosolapova, A.Bədəlova/

Avropa Komissiyası Dağlıq Qarabağ münaqişəsinin razılaşdırılmış prinsiplərə uyğun olaraq ədalətli yolla nizamlanmasına çağırır. Trend-in məlumatına görə, bu barədə cümə günü Brüsseldə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında deyib.

Barrozunun bəyanatı Avropa İttifaqının rəsmi saytında yerləşdirilib.

Barrozu bildirib: "Biz yaxşı bilirik ki, region ölkələrinin öz potensiallarını tam şəkildə reallaşdırması üçün qonşularla sülh və təhlükəsizlik zəruridir".

Onun sözlərinə görə, Aİ ATƏT-in Minsk qrupu vasitəsilə beynəlxalq birliyin vasitəçilik səylərini dəstəkləyir və münaqişənin dinc yolla həll olunmasında iştirak etməyə hazırdır.

Barrozu məlumat verib ki, Azərbaycan Prezidenti ilə görüş zamanı məsələlərin geniş spektri müzakirə olunub: "Azərbaycan bizim bir sıra regional və qlobal məsələlər üzrə əməkdaşlıq etdiyimiz əhəmiyyətli tərəfdaşdır. Biz, gələn il Azərbaycanın Avropa Şurasında sədrliyini də gözləyirik".

Avropa Komissiyası prezidentinin sözlərinə görə, danışıqlar zamanı prezident seçkiləri daxil olmaqla Azərbaycanın əsas daxili işləri də müzakirə olunub: "Biz seçkilərin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu da daxil olmaqla beynəlxalq müşahidəçilərin iştirakı ilə ən yüksək standartlara uyğun keçiriləcəyinə ümidvar olduğumuzu ifadə etdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti