...

Danimarkalı deputatlar və jurnalistlərin Azərbaycanın işğal altındakı ərazilərinə səfəri barədə xəbərlər araşdırılır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Sentyabr 2013 17:53 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi Danimarkadan olan deputatların və jurnalistlərin Azərbaycanın işğal altındakı ərazilərinə səfəri barədə xəbərləri araşdırır.
Danimarkalı deputatlar və jurnalistlərin Azərbaycanın işğal altındakı ərazilərinə səfəri barədə xəbərlər araşdırılır

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycan Xarici İşlər Nazirliyi Danimarkadan olan deputatların və jurnalistlərin Azərbaycanın işğal altındakı ərazilərinə səfəri barədə xəbərləri araşdırır.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

O bildirib ki, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə tapşırıq verilib və araşdırmanın yekununda müvafiq qərar qəbul olunacaq.

Qeyd edək ki, erməni mətbuatı bir neçə gün əvvəl Dağlıq Qarabağdakı separatçı rejimin "xarici işlər naziri" Karen Mirzoyanın danimarkalı deputat və jurnalistlərdən ibarət nümayəndə heyətini qəbul etdiyi barədə xəbər yayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti