...

Rəsmi Bakı Ermənistanın erməni əsilli Suriya vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirmək cəhdlərindən narahatdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Oktyabr 2013 11:26 (UTC +04:00)
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev Ermənistanın erməni əsilli Suriya vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirmək məqsədli əməllərindən narahatdır.
Rəsmi Bakı Ermənistanın erməni əsilli Suriya vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirmək cəhdlərindən narahatdır

Azərbaycan, Bakı, 3 oktyabr / Trend, müxbir S.Əhmədova /

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev Ermənistanın erməni əsilli Suriya vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirmək məqsədli əməllərindən narahatdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəliyi xəbər verib.

Mehdiyev bildirib: "Suriya böhranı müxtəlif təsirlərə malikdir və onun nəticələri digər regionlarda və ölkələrdə özünü büruzə verir. Biz bəzi kateqoriyadan olan Suriya vətəndaşlarının münaqişədən əziyyət çəkən ərazilərdə, hətta işğal olunmuş ərazilərdə məskunlaşmağa həvəsləndirilməsi üçün məqsədyönlü cəhdlərin olduğu barədə xəbərlər almaqda davam edirik".

Onun sözlərinə görə, bu kimi əməllər beynəlxalq humanitar hüququ və beynəlxalq insan haqlarını pozur:

"Sözsüz ki, mən Ermənistanın erməni əsilli Suriya vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirmək məqsədli əməllərini nəzərdə tuturam. Beynəlxalq ictimaiyyət diqqətini Suriya böhranından çıxış yolları axtarmağa yönəltdiyi bir vaxtda, sözügedən ölkənin xalqının üzləşdiyi əzabdan başqa regionda sülh səylərini və vəziyyəti çətinləşdirmək üçün istifadə olunur. Sübhəsiz ki, Suriyadan olan qaçqınların ehtiyaclarını evlərinə qayıtmaq arzusu ilə yaşayan yüz minlərlə azərbaycanlı məcburi köçkünün hesabına aradan qaldırmaq cəhdləri qanunsuzdur və heç bir şərtlə qəbuledilən və dözülən deyil".

Qeyd edək ki, Azərbaycan özünün BMT Təhlükəsizlik Şurasında sədrliyinə Suriyada humanitar vəziyyətlə bağlı bəyanatın qəbul edilməsi ilə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti